Vladimir Çurovun seçki təəssüratları

"Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara uyğun təşkil olunub. Müşahidə etdiyimiz məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlmədik". Bunu Secki-2015.az saytına açıqlamasında Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov bildirib. Onun sözlərinə görə, prosesdə şəffaflığın təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş bütün hallar tətbiq edilib, müşahidəçilər üçün lazımi şərait yaradılıb: "Eyni zamanda, seçki məntəqələrinin əksəriyyətində veb-kameralar quraşdırılıb ki, bu da seçkilərin şəffaf keçməsinə zəmin yaradıb. Biz bir sıra dairə və məntəqələrdə olduq. Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu. Səsvermənin gedişini izləyən müşahidəçilərin, eləcə də jurnalistlərin fəaliyyətində heç bir problem görmədik. Səsvermə normal keçdi. Təəssüratlarımız çox müsbət oldu". "ATƏT-in müşahidəçi missiyasının seçkiləri izləməyə gəlməməsi siyasi prosesinin təşkilinə heç bir təsir göstərmədi",- deyə  Çurov əlavə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00