ATƏT-in məqsədi doğrudanmı seçkinin necə keçdiyini izləmək idi?

Parlament seçkiləri başa çatsa da, lakin seçki mövzusu istiqamətində müzakirələr davam edir. Əksər beynəlxalq müşahidəçilərin seçkilərlə bağlı mövqeyi, verdikləri rəylər müsbət olsa da, lakin seçkilərə kölgə salmaq, onun demokratikliyinə şübhə yaratmaq cəhdləri də az deyil. Bu sırada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun "fəalığı"nı xüsusi qeyd etmək yerinə düşər. Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etməkdən imtina edən ATƏT/DTİHB indi də seçkilər barədə mənfi rəy formalaşdırmağa çalışır. Təssüfedici məqam isə ondan ibarətdir ki, ATƏT/DTİHB-in bu qərəzli və qeyri-obyektiv yanaşmasına Birləşmiş Ştatların bir sıra rəsmi qurumları də haqq qazandırır. Belə ki,  Birləşmiş Ştatlar Dövlət Departamentinin Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı açıqlamasında Azərbaycan hökuməti ATƏT/DTİHB-yə müşahidə aparmaq imkanı yaratmamaqda ittiham olunur. Göründüyü kimi  ABŞ Dövlət Departamentinin son açıqlaması da ölkəmizə qarşı qərəzli yanaşmanın olduğunu ortaya qoyur. Çünki seçkiləri müşahidə etməkdən məhz ATƏT/DTİHB imtina edib və Azərbaycan tərəfi hər bir beynəlxalq təşkilata seçkilərdə müşahidə aparmaq üçün çağırış edib. Bunun qarşılığında Dövlət Departamentinin Azərbaycan tərəfində günah axtarması ikili standartlar və qərəzli yanaşmanın nümunəsidir.

Millət vəkili Sahib Alıyev də deyir ki, Birləşmiş Ştatlar Dövlət Departamentinin əsaslandırması yanlışdır. Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin  noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkisiylə bağlı yaydığı açıqlama yumşaq desək gülüş doğurur: "Başında erməni yanlısı Con Kerrinin dayandığı Departament seçkinin nəticələrini şübhə altına qoyan heç bir arqument gətirə bilməsə də və bu üzdən "Azərbaycan hökuməti və xalqı ilə güclü, sabit, demokratik və firavan gələcək qurmaq istiqmətində işləməyə sadiq qalıdıqlarını" vurğulamalı olsa da, iradlarını da bildirib. Ən böyük iradları da bununla bağlıdır ki,
Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkilərə lazımi sayda müşahidəçi göndərməsinə imkan verməyib.
Gərək Amerika Birləşmiş Ştatları gərək bu haqda ümumiyyətlə danışmasın.  Birinci ona görə ki, indiyə kimi bu ölkə ATƏT-ə orada keçirilən seçkiləri izləməyə cəmisi 2 dəfə icazə verib. 2008-ci və 2012-ci illərdə.
2008-ci ildə Amerikada keçirilən seçkini izləmək üçün ora ATƏT-in 100 daimi mühahidəçisinin gəlməsi planlaşdırılsa da, maliyyə ixtisarları və bir sıra Avropa dövlətlərinin öz təmsilçilərini göndərmək istəməməsi və yaxud nəzərdə tutulandan az göndərmələri nəticəsində onlar cəmi 47 nəfər oldular. Yəni o boyda Amerikada seçkinin gedişini cəmi 47 nəfər izləyirdi, ona da əgər izləmək demək mümkündürsə. Çünki ABŞ-ın 50 ştatından 46-da burada keçirilən seçkiləri beynalxalq müşahdəçilərin izləməsi qadağandır. Belədə həmin ştatlarda seçkinin gedişi izlənilsə belə bu, formal xarakter daşıyır. Və yenə də Amerika qanunlarına görə orada seçkinin gedişini müstəqil müşahidəçilər də izləyə bilməzlər, onlar ancaq hansısa bir partiyanın üzvləri olmalıdırlar.
İkinci dəfə, yəni 2012-ci ildə ATƏT həmin Amerikaya seçkinin gedişini izləmək üçün cəmi 44 müşahidəçi göndərdi. Onda isə Texasın baş prokuroru Qreq Abbot beynalxalq müşahidəçiləri seçki məntəqəsinin cəmisi 30 metrliyinə gələ biləcəklərini, ayaqlarını bundan bir santimetr qabağa atacaqları halda isə həbs olunacaqlarını bildirdi. Bəli, bu dərəcədə açıq və net bir şəkildə. Ona görə ki, az öncə vurğuladığımız kimi Texas qarışıq Amerikanın 50 ştatından 46-da seçkinin gedişini beynəlxalq müşahidəçilərinin izləməsinə imkan verilmir. Halbuki, bu, ATƏT-in 1990-cı ildə təsdiqldiyi Kopenhagen anlaşmasına ziddir. Hər bir ATƏT üzvü kimi Birləşmiş Ştatlar da beynəlxalq müşahidəçilərin orada keçirilən seçkilərin gedişini izləmələrinə izn verməlidir. İndi siz deyin, belə bir ölkənin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda seçkinin gedişini izləməməsini ən böyük nöqsan kimi qabartmasına haqqı çatırmı? Özü də bilə-bilə ki, biz bundan imtina etməmişik". Sahib Alıyev deyib ki, seçkini izləməkdən imtina edən Amerikanın ATƏT-dəki səfiri Daniel Bayerin diktəsilə Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu olub: "Səbəb də budur ki, nədən biz bura onlar istədiyi kimi 400 deyil, nisbətən az müşahidəçinin gəlməsini istəmişik.
Maraqlıdır, seçicisinin sayı Ameikadakından az qala 40 dəfə az olan Azərbaycana nədən ora göndəriləndən 10 dəfə çox müşahidəçi göndərilməsi planlaşdırılırdı? Və burada məqsəd doğrudanmı seçkinin necə keçdiyini izləmək idi?".


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00