Aleksandr Perenciyev : ATƏT imitasiya siyasəti aparır

"Təcrübə göstərir ki, Qərb tərəfdaşları ilə birgə həyata keçirdiyi iqtisadi layihələrdə də yalnız öz maraqlarını güdür". Siyasi elmlər namizədi, Rusiya İqtisad Universitetinin sosiologiya və politologiya kafedrasının dosenti Aleksandr Perenciyev Secki-2015.az saytına açıqlamasında belə deyib. Ukraynadakı syasi vəziyyətə diqqət yetirməyi tövsiyə edən A.Perenciyevin sözlərinə görə, ATƏT Ukrayna münaqişəsində də qərbyönümlü mövqeyini gizlədə bilmədi. "ATƏT bu gün Azərbaycandakı şəffaf seçkilərlə bağlı qərəzli yanaşma nümayiş etdirməklə özünə olan etimadı itirir. ATƏT imitasiya siyasəti aparır. Bu siyasətin reallıqla heç bir əlaqəsi yoxdur",- deyə rusiyalı ekspert əlavə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00