Boykot qərarı səhvdir

Bir sıra müxalifət partiyalarının parlament seçkilərini boykot etmək çağırışı səhvdir. Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların başlıca vəzifəsi seçki prosesində iştirak etmək olmalıdır: "Hesab edirəm ki, seçkini boykot çağırışı etmək əvəzinə seçiciləri seçkilərə cəlb etmək daha uğurlu variant ola bilər. Seçkiləri boyokt etməklə heç nəyə nail olmaq mümkün deyil". AMİP rəsmisi deyir ki, hakimiyyətə gəlməyi qarşısına məqsəd qoyan hər hansı partiya mütləq siyasi mübarizə yolu olan seçkilərdə iştirak etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00