Razi Nurullayevdən Əli Kərimliyə: “Prezidentliyə iddialı deyilsənsə, QHT yarat”
18 Sentyabr 2015 17:33 Siyasət"Əgər bu gün müxalifətin lideri sissinizsə, o zaman prezudent olmamaq iddiası gülüncdür". AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev AXCP sədri Əli Kərimlinin journalist Əvəz Zeynallının "Qaynar Qazan" layihəsində səsləndirdiyi fikirlərlə bağlı danışarkən belə deyib. "Əgər siz prezident olmaq istəmirdinizsə və mübarizəniz bu deyilsə, o zaman niyə onilliklərdir ki, bu cəbhəçiləri ac-yalavac arxanızca sürükləyirsiniz? Onilliklərdir ki, cəbhəçilər ümid edirlər ki, siz prezident olacaqsınız və onlara vəd etdiyiniz xöşbəxt həyatı verəcəksiniz. Musa peyğəmbər İsrail xalqını Misir fironlarının zülmündən qurtarıb 40 il səhralarda dolaşdırdı. Artıq siz də az qala 40 ildir ki, cəbhəçiləri yalançı və əsassız vədlərlə doyuzdurursunuz. Cəbhəçi ac qalmaqdan, işsiz qalmaqdan, döyülmək və söyülməkdən yorulub. O gözləyir ki, siz siyasi iddia ortaya qoyub üzərinizə məsuliyyət götürəsiniz. 2003-cü ildə məsuliyyəti üzərinə hörmətli İsa Qəmbər götürdü. Prosesi uğurla apardı. Sonuncu gün üçün enerji tükəndi. Bəlkə də qətiyyət, bəlkə də inam, bəlkə də bizim bilmədiyimiz nəsə çatışmadı. Amma bü gün də hörmətli İsa Qəmbər çətin suallarla üzləşir. 2005-ci ildə hörmətli Əli Kərimli 26 noyabrda məsuliyyəti götürdü və onun planının ömrü 10 dəqiqə çəkdi. O zamandan bəri hələ də müxalifət özünə gələ bilməyib. Əzildi və sındırıldı. 2013-cü ildə məsuliyyəti hörmətli Əli Kərimli nə özü götürdü, nə də hörmətli İsa Qəmbərə imkan verdi. Yenə də məsuliyyət başqasının üzərində qaldı. Hər zaman qurban axtarışında olmaq düzgün deyil", - deyə R. Nurullayev qeyd edib. AXCP EQTK sədri qeyd edib ki, bu gün məsuliyyəti öz üzərinə götürən insana ehtiyac var, oyunçulara yox: "Müsahibədən belə anlaşılır ki, Əli bəy prezident olmaq istəmir. Liderlik iddiası yoxdur. O, prosesə kömək edir. Əgər liderlik və siyasi iddiası yoxdursa, o zaman cəbhəçiləri əldatmasın. Demokratik prosesə dəstək vermək üçün partiya lideri kimi qalmaq qəbuledilməzdir. Siyasi partiya lideri siyasi iddiasız ola bilməz. Olarsa, bu anormaldır. Prosesə dəstək vermək üçün Əli bəy ictimai təşkilat və ya hərəkat yaratmalıdır. Başqa cür alınmaz. Bizim də istəyimiz budur. Partiya sədrliyindən çəkil və prosesə dəstək ver. Əks halda, dediklərinizin səmimiyyətinə heç kim inanmayacaq. Çünki, partiya sədri tərəfsiz ola bilməz və demokratik proses üçün özünü qurban verməsi, siyasi iddiasız olması heç kimə səmimi görünə bilməz. Digər yandan, əgər lideri kənarda axtarırsınızsa, o zaman həmin şəxsi partiyaya sədrliyə, liderliyə dəvət edin. Bax bu zaman səmimiyyətə şübhə qalmaz. Yox, əgər belə adamı görə bilmirsinizsə, demək lider özünüzü görürsünüz. O zaman, ortaya prezidentlik iddiası qoyun". ("OLAYLAR" İA)