Daha iki gənc Əli Kərimlidən uzaqlaşdı
18 Sentyabr 2015 15:52 SiyasətAXCP-dən istefalar davam edir. "OLAYLAR"-a daxil olan məlumata görə, bu günlərdə daha iki gənc cəbhəçi Əli Kərimlinin sədrliyini qəbul etməyərək Razi Nurullayevin ətrafında birləşdiklərini bəyan ediblər.
AXCP Gənclər Komitəsinin üzvü Elvin Cahangirov və partiyanın Saatlı rayon şöbəsinin üzvü Əli Əlizamanov yaydığı bəyanatda qeyd edilir ki, partiya daxilində çox iyrəncliklərin şahidi olublar. Əli Kərimli və onun yaxın ətrafının yürütdüyü siyasəti qəbul etməyərək Razi Nurullayevin sədrlik etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə dəstək verdiklərini bəyan edən sabiq cəbhəçilər Əli Kərimlinin partiya daxilində yaratdığı anti-demokratik mühitə etiraz etdiklərini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00