Rusiya Azərbaycanlılarının I Forumu keçiriləcək
18 Sentyabr 2015 15:05 SiyasətYaxın vaxtlarda Rusiya Azərbaycanlılarının Birinci Forumu keçiriləcək. "OLAYLAR"-a daxil olan məlumata görə, forum Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində baş tutacaq. Azərbaycan və Rusiya dövlətlərinin dəstəyi ilə keçiriləcək Rusiya Azərbaycanlılarının Birinci Forumunda hər iki ölkədən olan yüksək vəzifəli rəsmilər, hökumət və dövlət nümayəndələri, eləcə də diaspor rəhbərləri iştirak edəcək. Rusiya Azərbaycanlılarının Birinci Forumu Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00