DADP sədri deputatlığa namizədliyini verdi
18 Sentyabr 2015 14:17 SiyasətDemokratik Azərbaycan Dünyası Partiyasının( DADP) sədri Əlisahib Hüseynov deputatlığa namizədliyini verib. "Olaylar"ın məlumatına görə, partiya sədri 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürüb. Əlisahib Hüseynov DSK-dan imza vərəqələrini götürüb və imza toplama kampaniyasına başlanılıb. Xatırladaq ki, Əlisahib Hüseynov 1970-cı ildə Qubadlı rayonunda anadan olub. Qarabağ döyüşlərinin iştirakçısı olub. Bakı Dövlət Universitetinin Tarix və Hüquq fakültələrində təhsil alıb. 2013-cü ildə DADP-nin sədri seçilib. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00