Pentaqon rəhbərinin köməkçisinin müavini Azərbaycana gəlib
18 Sentyabr 2015 12:14 SiyasətABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkasın (Evelyn N. Farkas) Azərbaycana səfəri başlayıb.ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin məqsədi iki ölkə arasında əməkdaşlığı müzakirə etməkdir.Qısamüddətli səfər zamanı onun Azərbaycanda bir sıra rəsmi şəxslərilə görüşləri nəzərdə tutulur.Azərbaycan dövlət rəsmiləri ilə görüşdə ikitərəfli əlaqələr, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq və müdafiə məsələləri müzkirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00