“Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsi rejimə etirazın ifadəsidir”

Bəhruz Quliyev: “Ermənistanda böhran vəziyyəti son həddə çatıb”

"Ermənistanda baş verən hadisələr fonunda Sərkisyan rejimi ölkəni dünyaya terrorçu və işğalçı dövlət kimi təqdim edir". Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsi barədə "Olaylar"a açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev belə deyib. B. Quliyev qeyd etdi ki, Vaan Martirosyan rejimin terror siyasətinə dözməyərək, yardım üçün Azərbaycana üz tutub: "Ermənistanda böhran vəziyyəti artıq son həddə çatıb. Xalq Sərkisyan rejiminin hakimiyyətdən getməsini tələb edir. Ona görə də, Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsi də Ermənistan hakimiyyətinə olan etirazın ifadəsidir. Hesab edirəm ki, bu davamlı olacaq. Erməni müxalifətçilər Azərbaycana gələ bilməsələr də, kütləvi formada digər dövlətlərə üz tutacaqlar. Son illərdə Ermənistanı tərk edənlərin sayının artması buna sübutdur. Beynəlxalq qurumlar və Ermənistan Statistika Komitəsinin statistik rəqəmlərindən bunu görmək olar. Ermənistandakı acınacaqlı vəziyyət, hakimiyyətin xalq qarşı sərgilədiyi kobud, qəddar mövqeyi, demokratiyanın boğulması və dünyada işğalçı dövlət kimi tanınması insanların haqlı narazılığına səbəb olur. Ona görə də, kimin imkanı varsa, rejimə etiraz əlaməti olaarq, Ermənistanı tərk edəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00