“Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsi, Sərkisyanı devirə bilər”

Qabil Hüseynli: “Bu müxalifəti aktivləşdirəcək”

"Vaan Martirosyan Ermənistanın qaniçən rejimindən qurtulmaq üçün Azərbaycandan siyasi sığınacaq istəyib". Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsi barədə "Olaylar"a açıqlamasında politoloq Qabil Hüseynli belə deyib. Ermənistanda çox qəddar rejimin hakimiyyətdə olduğunu deyən Q. Hüseynlinin sözlərinə görə, bu rejim müxalifətə fəaliyyət göstərməyə icazə vermir: "Son dövrlərdə isə müxalifət Sərkisyan hakimiyyətinə qarşı xeyli fəallaşıb. Hakimiyyət aktivlik nümayiş etdirən müxalifətçilərin bir qismini həbs etdirib. Digər qismi isə döyülüb, işkəncələrə məruz qalıb və şikəst edilib. Ermənistanda hakimiyyət başında olanların çoxsusu Dağlıq Qarabağdandır. İrəvanda regionçuluq məsələsi çox güclüdür. Yerli ermənilərin çoxsusu müxalifətdədir, hakimiyyət tərəfdarları isə Dağlıq Qarabağdandır. Həmin klanların biri-birlərinə nifrəti var. Bu nöqteyi-nəzərdən Ermənistanın müxalifət liderinin Azərbaycandan siyasi sığınacaq istəməsi, Sərkisyan rejiminə çox ciddi zərbə vuracaq. Hesab edirəm ki, bu həm də müxalifətin canlanmasına və Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına stimul verə bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00