Avropanın ikiüzlü siyasəti

Avropa Parlamentinin bir neçə gün əvvəl Azərbaycanla bağlı qəbul etdiyi qətnamə bir daha bu qurumun Azərbaycana qarşı ikili standartlardan yanaşdığını, ermənipərəst dairələrin əli ilə ölkəmizin imicinə zərbə vurmağa çalışdığını ortaya qomuş oldu. Qətnamədə qeyd edilən "faktlar"ın heç bir reallığı əks etdirmədiyi, sənədin yalan-böhtan üzərində qurulduğu istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyələrdə avropalıların diqqətinə çatdırıldı. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar haqlı olaraq Avropa Parlamentinin məlum qətnaməsinə öz etirazlarını ifadə etdilər.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş ofisinin koordinatoru Fərid Nəsibov deyir ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsi əslində ermənipərəst qüvvələr tərəfindən ölkəmizə qarşı atılmış addımdır. Onun sözlərinə görə, Avropadakı ermənipərəst qüvvələri əsas narahat bedən məqam Azərbaycanın dinamik və uğurlu inkişafıdır: "Son günlər gündəmdə olan Azərbaycandakı Parlament seçkiləri Avropa İttifaqını yaman narahat edir. Burada əslində Azərbaycan Parlamenti deyil, ümumən Azərbaycanda olan mühit onları narahat edir. Çünki, qısa bir zamanda əldə olunan uğurlar, qazanılmış nüfuz, dünya miqyasında ölkənin reytinqinin yüksəlməsi Qərbin bir çox dairələrini təşvişə salıb. Qərbdə Avropa İttifaqı yarandığı gündən "demokratiya" adı altında gizlənərək özlərindən qat-qat aşağı səviyyədə hesab etdikləri ölkələri özlərinə kölə etmək siyasətini yürüdürlər. Bu siyasəti ölkəmizə qarşı da tədbiq etmək istəyirdilər, lakin gözləmədikləri bir reaksiya ilə üzləşdilər. Onlar artıq güclü bir Azərbaycanla üz-üzə gəldilər və bu da onları qıcıqlandıraraq əsl simalarının açılmasında rol oynadı". Fərid Nəsibov bildirib ki, Sovetlər Birliyi süquta uğradıqdan sonra Avropa İttifaqı ilə sərhəd olan ölkələr Avropa Birliyinə qoşularaq, onlardan maliyyə dəstəyi alaraq, xaos vəziyyətindən tez bir zamanda çıxdılar. Lakin, onlardan fərqli olaraq Azərbaycan öz gücü hesabına, böyük çətinliklərə sinə gələrək mövcud siyasətini qura bildi bu günkü dövləti yaratdı. Hətta, bu quruculuqdan sonra ermənilərin işğalı nəticəsində 20% torpaqlarından qaçqın düşən bir milyondan çox insanlara yüksək şərait yaratdı. Azərbaycan, uğurlu siyasət nəticəsində sürətlə inkişaf edən, lazım olanda belə Avropanın dini məkanlarının, tarixi-mədəniyyət ocaqlarının təmirinə maliyyə dəstəyi göstərən ölkəyə çevrildi.  "Eurovision" mahnı müsabiqəsinin bu günə qədər olan təşkilatçılığının ən yüksək səviyyədə keçirilməsi, İlk Avropa Oyunlarının təşkili və s. buna misal göstərmək olar. Bütün bunların qarşılığında özlərinin (avropalı diplomatların) dost dedikləri ölkəyə qarşı bu cür addımın atılması əslində Avropa Birliyinin nə qədər ikiüzlü, ermənipərəst siyasətinin göstəricisidir. Vaxtı ilə Moldovaya "qızıl dağlar" söz verən birlik bu gün moldovanların etibarını itirib və regiondakı ictimai-siyasi vəziyyətə nəzarət edə bilmir. Eyni zamanda Ukraynanın bu gün çıxılmaz vəziyyətə düşməsi, rəsmi Kiyevin əlacsız qalmasının başlıca səbəbkarı məhz Avropa Birliyinin boş vədləri, yalançı ismarıcları oldu. Sözügedən parlamentdə ermənipərəst diplomatların oturub zəngin tarixə, qədim adət ənənələri olan dövlətə, tolerantlıq beşiyi olan Azərbaycana qarşı atılmış qərəzli, Avropa İttifaqının maraqlarını əks etdirən addım bunun bariz nümunəsidir". Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş ofisinin koordinatoru bildirib ki, son zamanlar Avropaya üz tutan miqrantlarla qeyri insani rəftarlar, İttifaq daxilində baş verən anlaşılmayan proseslər, Yunanıstandakı iqtisadi böhran və s. bunlar hər biri nüfuzunu itirən birliyin əsl simasının ortaya qoyur: "Bu gün Azərbaycan gəncliyi sağlam mühitdə böyüyür, tolerant ölkədə yaşayır və parlaq gələcəyi naminə israrla irəliyə doğru addımlayır. Azərbaycan gəncliyi öz mənəvi dəyərlərini itirməkdə olan Qərb dövlətlərindən fərqli olaraq, öz adət-ənənələrini, mənəviyyatını, əxlaqını, mədəniyyətini, mentalitetini, ailə ideologiyasını qoruyub inkişaf etdirməkdədir".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00