Bundestaq üzvü: “Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"

 "Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır".Milli Məclisdən APA-ya verilən məlumata görə, bunu Bakıda səfərdə olan Almaniya Bundestaqının nümayəndə heyətinin rəhbəri Manfred Zöllmer parlamentdə keçirdiyi görüşdə bildirib. O deyib ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni əsirgəməyəcək.Qonaq həmçinin qeyd edib ki, Azərbaycanla Almaniyanın oxşar cəhətləri çoxdur və onlar eyni iqtisadi maraqları bölüşürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00