DIP sədri ABŞ səfiri ilə görüşüb
17 Sentyabr 2015 12:53 SiyasətABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Demokratik İslahatlar Partiyasının (DİP) qonağı olub. Bu barədə DİP-dən verilən məlumata görə, səfirlə görüşdə ABŞ-Azərbaycan əlaqələri, regiondakı ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, Azərbaycandakı seçkiqabağı durum müzakirə edilib. Asim Mollazadə səfirə partiyanın fəaliyyəti və seçkilərdə iştirakı ilə bağlı ətraflı məlumat verib.
Görüşdə ABŞ səfirinin siyasi işlər üzrə müşaviri Syuzan Çesli də iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00