Milli Məclisin payız sessiyasının ilk iclasında hansı məsələlərə baxılacaq?
17 Sentyabr 2015 12:47 SiyasətQanuna və nizamnaməyə uyğun olaraq sentyabrın 30-da Milli Məclisin payız sessiyasına start veriləcək. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az saytına bildirib ki, Milli Məclisin komitələrinin iclasları artıq başlayıb:"Həmin iclaslarda komitələr tərəfindən irəli sürüləcək qanun layihələrinə baxılır. Hələlik komitələrin müzakirə və qərarları əsasında gündəlik hazırlanır. Milli Məclisin payız sessiyasının gündəliyinə məhz həmin məsələlər daxil olacaq. Gündəlik ilk iclasda təsdiq olunacaq".Akif Təvəkküloğlu bildirib ki, 2016-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinin gündəliyə salınması istisna deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00