Fuad Muradov deputatlığa namizədliyini irəli sürüb

Millət vəkili Fuad Muradov parlament seçkilərində namizədliyini 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürüb. Trend-in məlumatına görə, F.Muradov "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Bizim hər birimiz üçün ən vacib məsələ ölkəmizin ərazi bütövlüyü, müstəqilliyimizin qorunması və Azərbaycanın daha da inkişaf etdirilməsidir. Bu yolda hər zaman olduğu kimi bundan sonra da var qüvvəmlə çalışacağam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00