Asim Mollazadə seçkiyə 45 namizədlə gedir
16 Sentyabr 2015 16:43 SiyasətDemokratik İslahatlar Partiyasının Siyasi Şurası 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə iştirak edəcək namizədləri təsdiqləyib. DİP-dən verilən məlumata görə, Siyasi Şuranın qərarına əsasən seçkilərdə müxtəlif seçki dairələri üzrə partiyanın 44 namizədi iştirak edəcək. Partiya sədri Asim Nazim oğlu Mollazadə isə namizədliyini hazırda deputatı olduğu 22 saylı Nəsimi 2-ci Seçki Dairəsindən irəli sürəcək. Artıq partiyanın səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib. Partiyanın namizədləri ilə bağlı müvafiq sənədlər isə DSK-lara təqdim edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00