Bəzi Qərb dairələri və Avropa Parlamenti ermənilərlə iş birliyi içindədirlər

Seymur Süleymanov: “Qurum işğalçıların əlində olan Şahbaz və Dilqəmin azad olunması üçün nə edib?”

Avropa Parlamenti Azərbaycana qarşı bir sıra sanksiyaları nəzərdə tutan qətnamə qəbul etdi. Qətnamə Azərbaycanın hakimiyyət, QHT strukturları, bəzi müxalifət partiyaları və yerli cameə tərəfindən etirazla qarşılandı. Etiraz nümayişinin Qərb dövlətlərindən əsas tələbləri, Ermənistanın silahlı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərinə görə düşmən ölkəyə qarşı cəza tədbirlərinin görülməsi ilə bağlı idi. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi əsasında işğalçı Ermənistanın cəzalandırılması tələb olundu.

"Avropa Parlamenti Şahbaz və Dilqəmin azad olunması üçün nə edib?"

Siyasi analitik Seymur Süleymanov "Olaylar"a bildirdi ki, qətnamə səs verməyə çıxarıldığı zaman, orada əyləşən ABŞ  və digər Qərb dövlətlərinin 365 "kukla"sı qətnamənin mətnini oxumadan əllərini qaldıraraq sənədi qəbul etdilər. S. Süleymanovun sözlərinə görə, qərəzli, anti-Azərbaycan qətnaməsi ölkə ictimaiyyətində ciddi etirazlara səbəb oldu: "Kağız  parçası  üzərində yazılan qətnamədə Azərbaycanla bağlı heç bir reallıq əks olunmur. Düzünü desək, bu kağızda yazılanlar, Azərbaycan üçün tualet kağızı qədər dəyəri yoxdur. Çünki Azərbaycan Aİ-nın üzvü olmadığı kimi, bu qurumun da qərəzli qətnamə qəbul etməsi  düzgün deyil. Və bu qətnamə Azərbaycan üçün əsassızdır. Yazıqlar necədə vaxtlarının qiymətini bilmirlər. Qətnamədə əsassız iddialar var. Məsələn, bir bəndini deyəcəm və her şey aydın olacaq. Qətnamənin "E" bəndində yazılır ki, çoxlu sayda jurnalist və vətəndaş cəmiyyəti fəallarının sərbəst hərəkət etmə hüququ məhdudlaşıb. Müxalif yönümlü o qədər jurnalist  var ki, onlar şəhərin mərkəzində meydan sulayır. Göydən başlarına "ləkə" düşən kimi, hakimiyyətin ayağına yazan jurnalistlər var. Halbuki o "ləkə" göydə uçan quşun "günahıdır". Yəni demək istədiyim qətnamədə keçən hər bənd əsassız, qərəssiz və böhtan xarakterlidir. Tutaq ki, Avropa  Parlamenti ədalətli qurumdur. Onda sual verin özünüzə: Qarabağda separatçı rejimin uydurma "seçkisini" pisləməli olanlar (Aİ-AP) Azərbaycanda hələ keçirilməsi planlaşdırılan seçkiyə nəyə görə kölgə salmaq istəyirlər?!  Nəyə görə  Parlament çıxıb bu "seçkini" qınamır?! Və ya bu "seçki" ilə bağlı nəyə görə bəyanat, qətnamə çıxarmır?! Bunun cavabı çox sadədir. Bəzi Qərb dairələri və Avropa Parlamenti ermənilərlə iş birliyi içindədirlər və Azərbaycana qarşı çıxarılan qətnamədə erməni əlinin olduğuna yüz faiz inanıram.  İstəyirsiz deyim ən birinci kimin əli var. Başqa bir fakt. Avropa Parlamenti işğalçıların əlində olan Şahbaz və Dilqəmin azad olunması üçün nə edib?! İşğalçı dövlətə qarşı hansısa tədbirlər görülübmü?! Xeyr".

"Dinara Yunusun qətnamədə əli var"

Seymur Süleymanov bildirib ki, AP-nin qətnaməsinə ən çox AXCP, Milli Şura və başında duran zat(lar) sevinib, qəzetlərində bu qətnaməyə böyük yer ayırıb. S. Süleymanov hesab edir ki, vətən  xaini  Leyla  və  Arif Yunusların  qızları  Dinara Yunusun bu qətnamədə əli var: "Və həmin Yunuslardı ki, Əli Kərimli o xain və satqınların azadlıqlarını istəyir. Onları "vicdan məhbusu" adı altında azadlıqlarını istəyən qəzetə daha nə deyəsən? Vicdanı və şərəfi olan şəxs öz xalqının qanında  əli olanla iş birliyi etməz! Və edəni də müdafiə etməz. AXCP-yə Qərb dairələrindən əmr gəlib ki, "seçkilərə qatılmayın". Seçkiyə qatılmayın ki, sizlər seçkini boykot edə biləsiniz. Qərbin maraqları üçün çalışan müxalifət partiyası, seçkilərədə qatılmır. Çalışır ki, noyabr seçkilərini boykot etsinlər. Axı bunlar niyə yanıb tutuşurlar? Seçkilər şəffaf, sakit keçəcəyi üçün? Bir qüsur tapa bilməyəcəkləri üçün bu qədər işləri əvvəldən görürlər? Siz Qərbə sığının. Amma 9 milyonluq  Azərbaycan  xalqı, öz dövlətinə, öz ölkəsinə sığınacaq".

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00