İsrail Azərbaycana satdığı silahların şifrələrini Rusiyaya verib?

Orxan Qafarlı: “Nəyə görə Rusiya Gürcüstan və Azərbaycanın İsraildən silah almasına etiraz etmir?”

"Azərbaycan və Gürcüstanın İsraildən aldığı silahların proqram şifrələri Rusiyadadır". Belə bir iddia ilə politoloq Orxan Qafarlı çıxış edib. "2012-ci ilin "Wikileaks"in yaydığı məxfi sənədlərə görə, Rusiya İrana 2006-cı ildə satdığı hava hücumundan müdafiə sistemi - "TOP M1" raketlərinin proqram şifrələrini İsrailə sataraq, Təl-Əvivin Gürcüstana satdığı "İHA" sisteminin proqram şifrələrini alıb. Bu şifrələrin dəyişdirilməsi prosesi 2008-ci ildə Rusiya - Gürcüstan müharibəsindən əvvəl baş tutub. Hər ölkənin müdafiə sisteminin olması vacib məsələdir. Eyni zamanda bu sistemlərin proqram şifrələri həmin sistemi alan ölkədə açılması lazımdır. Ona görə də Türkiyə və Azərbaycan İsraildən aldığı silahları zibilliyə atmalıdırlar. Həmin sistemlər İHA, yaxud digər hava hücumundan müdafiə sistemləri olsun, sonradan bunların proqram şifrələrini dəyişdirmək olmur. Silahlarda İsrail adının olması o deməkdir ki, həmin silahların proqram şifrəsi Rusiyadadır. İran da eyni problemlə üz-üzədir. Çox güman ki, Rusiya İrana satdığı silahların şifrələrini İsrailə satıb. Bu məqamda bir məsələ çox maraqlıdır, sizcə, nəyə görə Rusiya Gürcüstan və Azərbaycanın İsraildən silah almasına etiraz etmir?", - deyə O. Qafarlı qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00