YAP rəsmisi: "53 nəfərin namizədliyi yenidən irəli sürülüb"
15 Sentyabr 2015 17:48 SiyasətYeni Azərbaycan Partiyasının deputatlığa namizədlərin 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. SİA-nın xəbərinə görə, bunu YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib. Onun sözlərinə görə, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatlarının əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb: "Namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00