Əli Kərimlinin “Potubəycik” ləqəbli sevimlisindən iyrənc hərəkət

AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Cavid Musazadə AXCP sədri Əli Kərimliyə yaxınlığı ilə tanınan partiya üzvünün əxlaqsız davranışını ifşa edib. "Əli Kərimlinin sevimlisi "Potubəycik" ləqəbli əxlaqdan xəbərsiz Bəhruz Həsənlinin tərbiyəsizliyini sizə təqdim edirəm. Bütün komandasıyla(qruplaşmasıyla)Əli Kərimli bu əxlaqsızı dəstəkləyir, ona xüsusi sevgi və diqqət nümayiş etdirir. Bəhruz Suraxanıda idman zalında torbasını tikib tutdurduğu, sonrada həbsdən çıxanda icarəyə götürdüyü kafesini gedib bağlatdırdığı dəyərli, mübariz dostumuz, məhbus həyatı yaşamış Rahib bəyi belə binamuscasına təhqir edir. Rahib bəy onun səviyyəsinə düşüb cavab vermir. Budur Kərimlinin rəhbərliyindəki tərbiyə və əxlaq. Baxın qiymət verin", - deyə C. Musazadə bildirib.

Qeyd edək ki, "Facebook"dan çıxarılmış skrinşotda yazılmış statusa verilən rəylərdə etikadan kənar olan fikirlərin üzərindən xətt çəkmişik. Bunlar çox ağır ifadələrdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00