AMİP sədri ABŞ səfiri ilə görüşüb
15 Sentyabr 2015 16:58 SiyasətAzərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfiri cənab Robert F. Sekuta arasında görüş keçirib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, görüşdə əsasən Azərbaycanda keçiriləcək parlament seçkiləri, xüsusilə də Avropa Parlamentində Azərbaycanla əlaqədar qəbul edilmiş qətnamə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosu tərəfindən parlament seçkilərinə müşahidə missiyası göndərilməməsi fonunda seçkiöncəsi vəziyyət, AMİP-in seçkilərdə iştirakı və digər məsələlər müzakirə olunub. Tərəflər Azərbaycanın regiondakı rolu, ölkənin Avropa məkanına inteqrasiyası, bu istiqamətdə siyasi partiyaların rolu və AMİP-in beynəlxalq əlaqələri ilə bağlı məsələləri də müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00