AŞPA məruzəçisi cəbhə xəttinə gedəcək

Robert Valter qoşunların təmas xəttinə baş çəkəcək

AŞPA-nın "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" məsələsi üzrə məruzəçisi, britaniyalı Robert Valter Dağlıq Qarabağa - təmas xəttinə fakt-araşdırıcı səfər edəcək. APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, səfər 15-16 sentyabr tarixlərində Azərbaycanın nəzarətində olan ərazilərdə baş tutacaq. Bildirilir ki, təmas xəttinin digər tərəfinə səfər isə yaxın gələcəkdə gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00