AXCP EQTK-dan təhqirlərlə bağlı Əli Kərimliyə sərt xəbərdarlıq

Mehman Muradlı: “Bu cür vasitәlәrdәn әl çәkmәsәlәr mәcbur olub hüquq mühafizә orqanlarına müraciәt edәcəyik”

AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü, hüquq müdafiəçisi Mehman Muradlı bəzi AXCP üzvləri tərəfindən sosial şəbəkələrdə narazı cəbhəçilərin təhqir olunmasına cavab verib. Bu barədə "Olaylar"a danışan M. Muradlı AXCP EQTK tərəfindən heç vaxt tәhqirә yol verilmədiyini bildirib: "Əli Kәrimli dәstәsinin mahiyyәti hәmişә qarşı tәrәfi tәhqir etmәk, böhtan atmaqdan ibarәtdi. Onların "mübarizә" metodu budur. Başqa yol bilmirlәr. Әli Kәrimli vә onun әtrafı illәrdir istifadә etdiyi bu metod nәinki opponentlәrinә, hәtta cәmiyyәtә qarşı hörmәtsizlikdi. Biz onları xәbәrdar edirik, bu cür vasitәlәrdәn әl çәkmәsәlәr mәcbur olub hüquq mühafizә orqanlarına müraciәt edәcəyik". AXCP EQTK-ın hal-hazırda qurultaya və parlament seçkilərinə hazırlaşdığını deyən Mehman Muradlının sözlərinə görə, Əli Kәrimli dәstәsinә qoşulub onlarla ağız-ağıza vermәyә vaxtları yoxdur: "Әli Kәrimli bu cür vasitәlәrlә bizi әsas hәdәfimizdәn yayındırmağa çalışır. Lakin onlar buna nail ola bilmәyәcәklәr. Biz öz yolumuzu davam etdiririk vә hәdәflәrimizә çatana kimi mübarizәmizi davam etdirәcəyik". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00