Bu qətnaməni hazırlayanlar Avropanın deyil, Ermənistanın maraqlarını düşünürlər
14 Sentyabr 2015 15:17 Siyasət"Milli satqınlar şurası var və onlar düşünürlər ki, bu qərəzli qətnaməyə dəstək verməklə Avropadan dəstək alacaqlar". Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin fövqəladə iclasında çıxışında deyib. Əlavə edib ki, qətnamə əslində Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin zədələnməsinə xidnmət edir: "Bu qətnaməni hazırlayanlar erməniləşən şəxslərdir, onlar daha çox Avropanın deyil, Ermənistanın maraqlarını düşünürlər. Təəssüf ki, Azərbaycan müxalifəti yetkins deyil, Bu gün milli satqınlar şurası deyilən qurum var. Onlar düşünürlər ki, bu qərəzli qətnaməyə dəstək verməklə Avropa onlara yaxın gələcək. Ancaq Avropa da bilir ki, onlar satqındırlar. Son prezident seçkilərində İrana yaxın şəxslərlə bir araya gəldilər, Milli Şuranın ilk iclasında elan etdilər ki, xarici siyasəti referendum vasitəsilə müəyyən edəcəklər. Bu insanlardan zaman-zaman istifadə ediblər. Onlar hakimiyyətə gəlmək üçün şeytanla əməkdaşlıq edərlər. Bu qətnamədə 1 milyon qaçqınla bağlı bir müddəa yoxdur. Bir dəfə Avropa Parlamentinin üzvlərinə dedim kİ, 5-6 nəfərə görə, Azərbaycana qarşı sanksiya tətbiq etməyi gündəmə gətirirsiniz, bəs milyona qədər insanı qaçqın hala salan, on minlərlə insan qətlə yetirən, on minlərlə insanı əlil edən işğalçı Ermənistana qarşı belə sanksiya haqda danışmırzınız, gündəmə gətirmirsiniz?"