“AXCP qarpız satanların at oynatdığı təşkilata çevrilib” – Narazı cəbhəçi

"AXCP-nin indiki rəhbərliyi bu günədək satqınlığı təbliğ edib". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə AXCP Etimad Qurultayı TK-nin üzvü, hüquqşünas Cavid Musazadə çıxış edib. "Hər gün bəyanat olacaq. Siz də hər gün yalan, böhtan, uydurmadır deyəcəksiniz? Satqın idilər, qovmuşduq deyəcəksiniz? AXCP-ni qəsb etmisiniz, məhv etmisiniz. Özünüzü cəmiyyətə güldürməyin. Etiraz edən, fərqli fikir deyən, ömrünü verdiyi təşkilatın məhv olmasına göz yummayaraq ifadə edən, düzgünlüyü tələb edən satqındırmı? AXCP-ni idarə edən sizsiniz. Əgər ordan bu qədər satqın çıxırsa, problem liderində, aparıcı rəhbərlərindədir. Yalnız satqınlığı təbliğ edə bilmisiniz. Özünüzündə ondan başqa bacardığınız bir şey yoxdur. Zatən satmaq demişkən qarpız satanların at oynatdığı təşkilata çevirmisiniz cəbhəni. Başqa bir şey gözləmək də doğru deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00