Qubad İbadoğlu düşərgəsindən istefa
Füzuli Vəzioğlu ADR-dən ayrıldı
21 Avqust 2015 16:02 SiyasətMüsavatdan çıxarılmış narazıları birləşdirən Azərbaycan Demokratiya və Rifah Hərəkatından daha bir nəfər istefa verib. ADR-in qurucularından biri, Müsavatın sabiq fəallarından biri Füzuli Vəziroğlu ADR-dən istefa verib. Bu barədə o facebook hesabında yazıb. "ADR-dəki dostlarıma uğurlar arzulayıram. Şəxsi həyatınızda sizlərə can sağlığı arzu edirəm. Mən öz cığırımla qədər oldum" deyə qeyd edən Füzuli Vəziroğlu bundan sonra gənclərə dəstək olacağını bildirib. Qeyd edək ki, Füzuli bəy Tural Abbaslının yenicə yaratdığı "Ağ blok"da təmsil olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00