Narazı cəbhəçi AXCP üzvlərinə çağırış etdi: “Sizi qul kimi istismar edirlər”
“Ağlınızla qərar verin. Zombi stereotipini qırın”
21 Avqust 2015 14:36 SiyasətNarazı cəbhəçilərin yaratdıqları Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Etimad Qurultayı TK-nin üzvü, münaqişəşünas (konfliktoloq) Cavid Musazadə onları birbaşa Əli Kərimlinin təlimatı ilə tənqid edən cəbhəçilərə çağırış edib. Çağırışda deyilir: "Guya biz bu addımı atmasaydıq siz seçkidə uğur əldə edib ölkədə dəyişikliyə nail olacaqdınız? Xalqın və cəbhəçilərin ac qarnı sizin absurd iddialarınıza, qaragüruhunuza, mənasız işlərinizə çoxdan doyub.Gedin özünüzə yeni sənət tapın. Siyasət sizlik deyil. 300-500 adamı zəlzələdən, vəlvələdən təsir altına salıb acqarına döyəclətdirdiyiniz, tutdurduğunuz bəsdir. Çarəsiz insanların heysiyyatı ilə oynamaq, acı taleyi üzərində özünə siyasi köşk qurub alver eləmək doğru deyil.Yanlışlarınıza son verin. 23 il nəticə əldə etməmisiniz. Muxtəlif gülünc bəhanələr gətirərək guya tini donüb gəlirdiniz, Rauf Arifoğlu qoymadı, guya tini dönub gəlirdiniz, Qüdrət Həsənquliyev əngəl oldu, guya tini dönüb gəlirdiniz, Rüstəm İbrahimbəyov badalaq atdi və sair". C. Musazadə çağırışında AXCP rəhbərliyinin bu iddialarının gülünc olduğunu deyib. O, qeyd edir ki, kasıb insanların 1001 əzab-əziyyətlə, zülmlə qazandığı 3-5 manata şərik olub yaşamaq nə əqidəyə, nə də kişiliyə sığar. Zaman-zaman hər kəsin əməllərinə aydınlıq gətiriləcək. Özünüz şahidi olacaqsınız. Mən əsl cəbhəçilərə müraciət edirəm: bir daha düşünün. Ağlınızla qərar verin. Zombi stereotipini qırın. Əsl siyasətə gəlin. Siyasət zombilik deyil. Maraqların uzlaşması və mümkün olanı əldə etmək fəaliyyətidir. Sizi "əqidəyə", "kişiliyə", "xarakterliliyə" kökləyib qul kimi istismar edirlər. Ayılın, doğru yolu seçin!", - deyə Cavid Musazadə qeyd edir. ("OLAYLAR" İA)