Əli Kərimlinin keçmiş müavini qəzet və sayt açır

AXCP sədri Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev yeni qəzet və sayt açır. Lent.az-ın məlumatına görə, bu barədə AzNews.az-a onun özü məlumatı verib. Razi Nurullayevin sözlərinə görə, qəzet və sayt sentyabrdan etibarən işıq üzü görəcək. Qəzetin baş redaktoru Rəfael Becanov olacaq: "Ayrıca ofis götürəcəyik. Maliyyəmizdən isə jurnalistlər razı qalacaqlar" - Razi Nurullayev deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00