AXCP-də istefa prosesi başladı

Avqustun 19-da AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini elan etməsindən sonra AXCP sıralarını tərk edənlərin sayı artıb. Bir qrup gənc cəbhəçi ilə yanaşı AXCP-nin Qubadlı rayon şöbəsindən partiyanın Ali Məclisinin üzvü Kamil Babayev də AXCP EQTK-a keçdiyini açıqlayıb. Kamil Babayev keçidi ilə bağlı yaydığı bəyanatda AXCP sıralarını partiya sədri Əli Kərimlinin yalnış siyasətinə etiraz əlaməti olaraq bu addımı atdığını deyib. O, Əli Kərimlini partiya idarəçiliyində gənclərə yer verməyə çağırıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00