“AXCP-nin mətbu orqanı olan “Cümhuriyyət” qəzetinin nəşrini bərpa edəciyik”

Xəbər verdiyimiz kimi AXCP-dən xaric olunan Əli Kərimlinin sabiq müavini Razi Nurullayev dünən mətbuat konfransı keçirərək AXCP adına iddia etdiyini bildirib və qeyd edib ki, partiyanın möhür və sənədlərini Əli Kərimlidən alacaqlar. Tədbirdə bir sıra keçmiş cəbhəçilər və "Ölkə" qəzetinin baş redaktoru Rafael Becanov da iştirak edib. Moderator.az - a açıqlama verən Rafael Becanav bildirb ki, onlar bir zamanlar AXCP - nin mətbu orqanı olmuş "Cumhuriyyət" qəzetinin yenidən nəşrinə başlayacaqlar: "Biz əsl AXCP - ni bərpa etmək istəyirik, bunun üçün də partiyada olan şəxslərə müraciət etmişik ki, gəlib bizimlə bir olsunlar. Biz bir zamanlar AXCP - nin mətbu orqanı olmuş "Cumhuriyyət" qəzetini bərpa edəciyik, bu qəzetin baş redaktoru da mən olacam."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00