AXCP “vampirlər”dən təmizlənməlidir

Əli Kərimli partiyanın gənc üzvlərini özünün şəxsi maraqlarının xidmətçisinə çevirib

Əli Kərimlinin AXCP-də yaratdığı anti-demokratik vəziyyətə etiraz olaraq partiyadan uzaqlaşan cəbhəçilərdən gözlənilən addım atıldı. Avqustun 19-da keçmiş sədr müavini Razi Nurullayevin liderliyi ilə AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini təşkil edən cəbhəçilər AXCP-nin idarəçiliyində təşəbbüsü Əli Kərimlidən alacaqlarını elan etdilər. Keçmiş partiya funksionerləri bunun üçün hüquqi yollara baş vuracaqlarını da açıqladılar.

Boşboğazın dili, zəhmətkeşin əli

Baş verənlərdən sonra qarşı tərəfdən komitəyə cavab gecikmədi. Əli Kərimli tərəfdarları təhqir və tənqid arsenalını Razi Nurullayevə çevirdilər. "Xəmirin droju"nu bir qədər də artıq edən cəbhəçilər partiyanı şişirib hədəqəsindən çıxardılar. "Satqın Razi Nurullayevin cəhdləri AXCP-nin gücünü bir daha ortaya qoydu" kimi qeyri-şüuri iddialar ortaya atdılar. Hətta bir az da irəli gedərək, baş verənlərə Ağ Evdən Razi Nurullayevin təşəbbüsünə sərt reaksiyanın veriləcəyini deyənlər də oldu. İnanırsız ki, bu partiyada günün tutəməzində oturub "Azadlıq" qəzetinin manşetində "Ağ Evdən AXCP-də baş verənlərə sərt reaksiya: "Razi düz etmədin"" kimi xəbərlər gözləyən əbləhlər var. Monqolların yaxşı bir sözü var, deyir, boşboğazın dili işləyər, zəhmətkeşin əli.

"Vartan sağdı"

AXCP-nin Azərbaycan, hətta Qərb çapında "nəhəng siyasi təşkilat" olmasına ən saf duyğularla inanan cəbhəçilər, bu "nəhəng siyasi təşkilat"ın qabağına çıxacaq rəqibin olmadığına da eyni ahənglə inanırlar. Razi Nurullayevin atdığı addım AXCP-də Əli Kərimlinin uydurmalarına inanan çanqa-çunqa təfəkkürlü yığnağın olmasını üzə çıxardı. AXCP funksioneri Sahib Rüstəmli bu məqamda yerində olan bir söz işlətdi: "AXCP bir güzgüdür, hər gələn özünü göstərib gedir". Doğrudur, S. Rüstəmli bunu sarkazmla R. Nurullayevə ünvanladı. Lakin, müəyyən mənada o, haqlıdı. Bəli, Razi Nurullayev "həmin güzgü"də özünü tam görəndən sonra getdi. O, anladı ki, "həmin güzgü"də özünü görə bilməyən vampirlərlə bir arada qalmaq təhlükəlidir. Bu yerdə qeyd edək ki, Şərqi Avropa əfsanələrinə görə, vampirlər özlərini güzgüdə görə bilmirlər. Əlqərəz, əgər həmin güzgü Nurullayevin fonunda oradan gedən digər cəbhəçiləri göstərdisə, demək ki, "Vartan sağdı hələ". Buna görə də, bu gedişin arxasında qayıdıb "Vartan"ı görməmək var.

"Ağacın çıxarılması"

Razi Nurullayevin təşəbbüsünün ciddi tərəfinə gəldikdə, o, doğru etdi. Həqiqətən AXCP-də təmizlik işlərinə ciddi ehtiyac var. Əli Kərimli bu gün partiyanın bir sıra gənc üzvlərini özünün şəxsi maraqlarına xidmət edən qullara çevirib. Bağ evindən tutmuş şəxsi təsərrüfat sahəsindəki bütün işlərdə sıravi cəbhəçiləri çalışdıran Əli Kərimli yeri gələndə, onların həbsi üçün təxribat mühiti yaradır. Natiq Ədilovu qızışdırıb ortaya atıb, şəxsi həyatı üçün həbs təhlükəsi yaradıb ölkədən AXCP sədri didərgin saldı. Ölkədə siyasi sabitliyi pozmaqda ittiham olunan nidaçıların və Seymur Həzinin həbsləri də Əli Kərimlinin şəxsi maraqlarından qaynaqlanır. Bu gün müxalif düşərgədə hüquqi prosedurla baş verən həbs, yaxud "siyasi mühacirət" Əli Kərimli baxımından onun əlinə oynayır. Bu mənfi tendensiyanı o, bilərəkdən yaradıb, arxasında hansı məqsədlərin durduğu isə, 7-dən 77-yə hər kəsə bəllidir. Yəni, belə bir adamın Azərbaycanın siyasi həyatında yer alması ürək bulandırır. Prinsip etibarilə, Əli Kərimliyə yol, ona Əbülfəz Elçibəyi zəhərləmək ittihamı irəli sürüləndə göründü. Lakin, o, ən axırıncı yollara baş vuraraq, AXCP-dəki mövqeyində dərinə kök atdı. İndi də, haqlı olaraq, Razi Nurullayevin liderliyindəki qrup həmin "ağac"ı kökündən çıxarmaq üçün hərəkətə keçib.




Ömər Zamin
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00