“AXCP-nin dövlət qeydiyyatı ləğv edilməlidir”
20 Avqust 2015 14:47 Siyasət"Әdliyyә Nazirliyi AXCP-nin dövlәt qeydiyyatını niyә lәğv elәmir? Kobud qanun vә nizamnamә pozuntusu var". Belə bir fikirlə hüquq müdafiəçisi Mehman Muradlı çıxış edib. M. Muradlı "Olaylar"a açıqlamasında bildirdi ki, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası qanununun 20 aprel 2012-ci ildə dəyişikliyinə əsasən, siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır: "AXCP-nin son qurultayı 25 sentyabr 2010-cu ildə keçirilib. AXCP-nin nizamnaməsinə əsasən isə qurultay 4 ildən bir keçirilməlidi. Deməli AXCP-nin hal-hazırki rəhbərliyi legitim deyil. Qeyd etdiyim qanunun tələbinə görə siyasi partiya siyasi partiyanın qurultayının siyasi partiyanın ləğvi barədə qərarı və ya məhkəmənin qərarı əsasında ləğv edilir. Həmin qanunun digər maddəsinin tələbinə əsasən Siyasi partiya Azərbaycan Respublikası qanunlarının tələblərini pozduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən siyasi partiyaya əsaslandırılmış yazılı xəbərdarlıq edilir və bu maddədə nəzərdə tutulmuş xəbərdarlıqda göstərilmiş hallar siyasi partiya tərəfindən aradan qaldırılmadıqda siyasi partiya Ədliyyə Nazirliyinin ərizəsi əsasında siyasi partiyanın ləğv edilməsi nəzərdə tutulub", - deyə hüquq müdafiəçisi qeyd edib. ("OLAYLAR" İA)