Əbülfəz Qurbanlı Razi Nurullayev cəbhəsinə qoşulur?
20 Avqust 2015 12:35 SiyasətYaxın günlərdə bir qrup narazı cəbhəçi bəyanat verərək AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə qoşulacaqlar. "OLAYLAR"a daxil olna məlumata görə, bu günlərdə AXCP-dən istefa vermiş cəbhəçi gənclərin lideri Əbülfəz Qurbanlı da fövqəladə qurultay keçirmək istəyənlərə qoşulmağa hazırlaşır. Onunla bərabər Ağdam, Bərdə və Beyləqan rayon şöbələrindən də bir qrup şəxsin narazılara qoşulacağı deyilir. Qeyd edək ki, tanınmış AXCP fəallarından Rafiq Daşdəmirli, Səbuhi Əliyev, Ehtiram Mehdiyev, Rəfael Becanov, Vəli Xramçaylı, Cavid Musazadə, Ələddin Kəsəmənli, Teymur Kərim və Fəxri Abduləzimov AXCP Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsini təsis ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00