“Azərbaycanda “Hizbullah”a rəğbət artır” – Politoloq

"Azərbaycanda "Hizbullah" təşkilatına rəğbətin artdığını müşahidə edirəm". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə politoloq Elxan Şahinoğlu çıxış edib. "Hətta Bakı kəndlərinin birinin sakini ilə söhbət əsnasında o "Hizbullah" lideri Şeyx Nəsrullah haqqında o qədər ağır dolusu danışırdı ki, sanki söhbət hansısa azərbaycanlı liderlərdən birindən gedirdi. Ona deyəndə ki, mən 15 il əvvəl Şeyx Nəsrullahdan müsahibə almışam, gözlərinin bir az daha alışdığını gördüm. "Hizbullah" İŞİD kimi baş kəsmir, qətliamlar törətmir, əksinə baş kəsənlərə qarşı mübarizə aparır. Bu da şiə kəsimin bir qismində rəğbət doğurur. ABŞ-ın özünün də "Hizbullah"a əvvəlki sərt münasibətinin dəyişdiyini hiss etmək mümkündür. Mənə görə Azərbaycanda "Hizbullah"a artan rəğbət İŞİD-ə qoşulanlar qədər təhlükəli tendensiyadır. Çünki "Hizbullah"ın əsas sponsoru və dəstəkçisi İrandır. Tehran isə hizbullahçılara əsla "Azərbaycanın dünyəviliyini və dövlətçiliyini qoruyun" deməz", - deyə E. Şahinoğlu qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00