“Satqınlığa, xəyanətə gucaq açan AXCP sədri indi özü daha pis vəziyyətlə üzləşdirilib”
19 Avqust 2015 16:15 Siyasət"BAXCP, KXCP. Razininki görəsən necə adlanacaq ƏAXCP, yoxsa RAXCP?" "OLAYLAR"-ın məlumatına görə, bu fikirləri AMİP Siyasi Şurasının üzvü Əli Oruclu AXCP ətrafında baş verən son proseslərə münasibət bildirərkən səsləndirib: "Deyirəm nə eybəcərliklər, nə rəzalətliklər var hamısına utanmadan-qızarmadan əl atırlar. Əli Kərimli əkdiyini biçir. Bir zamanlar bir əlin barmaqları qədər adamla özünü AMİP adlandıran birisinə qoltuğunun altında yer verən, dəstəkləyən, təfriqəyə, satqınlığa, xəyanətə gucaq açan AXCP sədri indi özü daha pis vəziyyətlə üzləşdirilib. Atalar demiş, nə tökərsən aşına, o da çıxar qaşığına. Amma bununla bahəm Razi Nurullayev adlı birisnin AXCP adına iddia etməsini iyrənclik sayıram. Və bu gündən də beləsini fb-dakı dostluğumdan silirəm".