ADP Ümidlə yollarını ayırdı

Avqustun 19-da Qarabağ Blokunun novbəti iclası keçirilib. Blokdan "OLAYLAR"-a bildirilib ki, iclasda hər iki partiyanın qarşıdan gələn parlament seçkilərində iştirakı məsələsinə baxılıb. Ümid Partiyasının "125-lər" adlı seçki bloku ilə iki illik əməkdaşlığını, bu blokda seçkilərə qatılmağa üstünlük verdiyini və ADP-nin "125-lər" bloku ilə bu günə qədər heç bir əməkdaşlıq etmədiyini əsas götürərək Ümid Partiyası ilə Azərbaycan Demokrat Partiyası seçkilərdə ayrı-ayrılıqda, öz namizədləri ilə, müstəqil iştirak etmək haqqında razılıq əldə ediblər. Bununla da ADP seçkilərdə ayrıca iştirak etmək məsələsinə baxmaq üçün partiyanın müvafiq seçkili orqanının növbədənkənar yığıncağının çağrılması haqda qərara gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00