Seçkidə iştirak etmək lazımdır
19 Avqust 2015 13:42 Siyasət"Ədalət Partiyasının seçkilərdə iştirak etmək barədə qərarı olmasa da, partiya daxilində ümumi fikir bundan ibarətdir ki, seçkidə iştirak etmək lazımdır. Düzdür, bunun əksini deyənlər və isbatlamağa çalışanlar da var". Belə bir açıqlama ilə çıxış edən partiyanın sədr müavini Mütəllim Rəhimli "OLAYLAR"-a deyib ki, onların da arqumentləri kifayət qədər əsaslıdır: "Lakin siyasi partiya ölkədə baş verən ictimai-siyasi proseslərdən kənarda qala bilməz. Ona görə də seçkilərə hazırlıq işlərinə başlamışıq. İndi parlament seçkilərinə hansı dairələrdən qoşulsaq daha yaxşı nəticələr əldə edə bilərik sualına cavab axtarırıq". Mütəllim Rəhimlı bildirib ki, bununla bağlı rayon təşkilatlarına öz təkliflərini və namizədlərini verməyi tövsiyyə edilib: "Yaxın günlərdə Ədalət Partiyasının ilkin siyahısı hazır olacaq. Bəri başdan deyə bilərəm ki, burada nüfuzlu şəxslər yer alır".