Banqkokda terror aktı zamanı zərər çəkmişlər arasında Azərbaycan vətəndaşı var?
19 Avqust 2015 12:37 Siyasətİlkin məlumata əsasən, bu yaxınlarda Banqkokda baş verən terror aktı nəticəsində həlak olanlar və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend-ə Azərbaycanın Malayziyadakı səfirliyindən məlumat verilib. Xatırladaq ki, avqustun 17-də Banqkokda baş verən partlayış nəticəsində 22 nəfər həlak olmuş, 123 nəfər xəsarət almışdı. Hadisə qurbanları arasında 8 nəfər əcnəbi vətəndaş olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00