Müasir Müsavat Partiyası Parlament seçkiləri üçün namizədlərini müəyyən etdi
18 Avqust 2015 15:14 Siyasət"Müasir Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək namizədlərini müəyyən edib". Bu barədə sözükeçən partiyanın sədri Hafiz Hacıyev "Olaylar"a məlumat verib. H. Hacıyev özünün də müəyyən dairədən namizəd kimi iştirak edəcəyini də açıqlayıb. MMP sədri iştirak edəcəyi dairədə görüşlər keçirdiyini bildirib: "Seşkilərə rəsmi qaydada start verilməsə də, orada müəyyən məsləhətləşmələr aparmışam. Seçkilərə hazırlıq üçün işlərimizi davam etdiririk. Qanunvericilik əsasında seçkilərə start veriləndə namizədlərimizin adlarını açıqlayacağıq". ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00