“Əli Kərimli kimdi ki, əmisi oğlu gedib İŞİD-ə qoşulsun?!” – Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovun İŞİD terror qruplaşmasını Azərbaycana dəvət etməsi barədə öz münasibətini açıqlayıb. H. Hacıyev bu barədə "Olaylar"a açıqlamasında bildirib ki, gücü olmayan adımı şişirdib İŞİD-ə qoşurlar. Buna ehtiyacın olmadığını deyən MMP sədri ölmüş təşkilat (AXCP) haqqında danışmağı məqbul hesab etmir: "Bunların hamısı mənasız söhbətlərdir. Bu gün Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən qüvvələr var. Ölkədə müəyyən dairələr var ki, diriltmək üçün Əli Kərimlinin reklam ilə məşğuldurlar. Əli Kərimli kimdi ki, əmisi oğlu gedib İŞİD-ə qoşulsun?! Bunlar siyasətdə istəklərinə nail olmaq üçün hər yola əl atırlar. Hətta müəyyən qüvvələrlə təmasa da girirlər, ehtiyac olsa ermənilərlə də birləşərlər. Bunlar belə adamdırlar, onlar üçün millət, dövlət anlayışı yoxdur. Əli Kərimli və adamları üçün yalnız şəxsi maraqları var. Həmin maraqların təmin olunması üçün Əli Kərimlinin əmisi oğlu da İŞİD-ə qoşulacaq, oğlu da gedib Londonda başqa adamlara qoşulacaq, özü də digər qüvvələrə, Cəmil Həsənli də onun kimi. Ümumiyyətlə Əli Kərimlini çox şişirtməyin tərədarı deyiləm. Yaxın günlərdə mətbuata müəyyən məsələlər barədə açıqlamalar verəcəyik. Əli Kərimli kimi acların nümayəndəsini şişirtməyə isə ehtiyac yoxdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00