Rusiya Xəzərdə əzələ nümayiş etdirir
18 Avqust 2015 12:41 SiyasətAzərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti son vaxtlar qardaş Türkiyədə PKK terror təşkialtının aktivləşməsindən, onlarla dinc sakinlərin, hərbi və polis əməkdaşlarının terrorun qurbanına çevrilməsindən, ölkə ərazisi boyu vahimə yaradan partlayışların həyata keçirilməsindən, PKK-nın və onun siyasi qanadı olan partiyaların təhriki ilə Şirnak bölgəsinin müstəqilliyinin elan edilməsindən ciddi narahat olduğunu bildirib. İdarə Heyəti terrorla, separatist hərəkətlərlə müşahidə olunan bu faktların arxasında Türkiyənin bütövlüyünü, unitar yapısını parçalamq istəyən, onun bölgədəki nüfuzundan əndişə duyan bir sıra Avropa dövlətlərinin durduğunu qeyd edib və hakimiyyəti qardaş ölkədə başladılan və siyasi uzantıları, təhlükəli terror dalğaları Azərbaycana doğru yönələn bu qanlı olaylara qarşı həssaslıq göstərməyə, terrorla, Türkiyənin suverenliyinə qarşı yönələn separatizm ilə mübarizədə yekdillik nümayiş etdirməyə çağırıb. İdarə Heyəti son vaxtlar Rusiyanın yenidən Cənubi Qafqazı hərbi plasdarma çevirməsini, Xəzərdə hərbi təlimlər adı altında əzələ nümayiş etdirməsini, Ukraynanın dövlət müstəqilləyinə qarşı yönələn işğalçı və təcavüzkar siasətini davam etdirməsini, Cənubi Osetiya və Abxaziyanı dominantlığına qatdıqdan sonra yenidən Gürcüstan ərazilərinə əl qoymasını qətiyyətlə pisləyib.