AXCP-nin İŞİD sevgisi: Bağdadi və Əli Kərimlinin oxşar cəhəti

“Əslində Azərbaycanda İŞİD var, “Yurd” qrupunun nəzarətindəki təşkilat elə yerli İŞİD-dır”

AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov "Facebook statusunda İŞİD-ə açıq dəstək verən və terror təşkilatını Azərbaycana gəlməyə səsləyən status yazıb. İ. Kərimov statusunda deyir: "İŞİD heç də hər adamın başını kəsmir. İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir. İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir. İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir. Və düşünürəm ki, düz də edir. Azərbaycana xoş gəlirsən, İŞİD".

"Cəbhəçilər İraq və Suriyadakı partiyadaşlarını Azərbaycana dəvət edirlər" - Rauf Arifoğlu

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğludan İnqilab Kərimova cavab gecikmədi. Qəzetin baş yazarı AXCP-nin İŞİD-lə eyni zehniyyətə sahib olduğunu dedi: "Siyasi rəqiblərin, iqtidarla "əməkdaşlıq" edənlərin, işverənlərin, Kərimlilərə biət etməyənlərin başları kəsilməli imiş! Zehniyyət budur! Əslində Azərbaycanda İŞİD var! "Yurd" qrupunun nəzarətindəki təşkilat elə yerli İŞİD-dır. Sadəcə, özlərinin baş kəsmələrinə imkanları yoxdur - buna görə də İraqdakı, Suriyadakı partiyadaşlarını "GƏL" deyə, səsləyirlər".

Hər iki təşkilat eyni ələ oynayır

İnqilab Kərimovun İŞİD-ə olan simpatiyası prinsip və ideologiya etibarilə Əli Kərimlinin AXCP-ni apardığı yollardan qaynaqlanır. Həm "İslam Dövləti"nin, həm də AXCP-nin Qərbdəki siyasi dairələrin əllərində siyasi oyuncaq olması barədə kifayət qədər dəlil və iddialar var. Prinsip etibarilə hər iki qurum eyni ələ oynayır. Yəni, İŞİD-i maliyyələşdirib qızışdıranlar, AXCP və sədri Əli Kərimlini təsir dairəsinə salıblar. İŞİD-in Yaxın Şərqi qanında boğmağa başladığı vaxtdan bu günədək bir dəfə də olsun, AXCP yetkililərinin bu qanlı terror təşkilatını pisləyən fikirlər səsləndirmələri də buradan qaynaqlanır.

AXCP zəfəri İŞİD-in qanlı bıçağında axtarır

Uzun illər əks cəbhədə "ənənəvi müxalifət" damğasını cibində gəzdirən AXCP-nin keçirilən seçkilərdə ard-arda aldığı məğlubiyyətlər təşkilat üçün çıxış yolu qoymur. Bütün hallarda seçkilərdən əvvəl məğlubiyyəti özü üçün qarantiyalayan təşkilat artıq, zəfər qazanmağın yollarını İŞİD kimi radikal terror təşkilatlarının qanlı bıçaqlarında axtarır. Bu, İnqilab Kərimovun simasında bütün AXCP heyətinin ambisiyasını göstərən faktordur. Bütün dünyanın sivil qaydalarla idarə olunması yönündə çalışmaların görüldüyü vaxt, AXCP birmənalı olaraq, Azərbaycan hakimiyyətinə qarşı olan qisasçı hisslərini açıq formada onun xalqı və dövlətinin üzərinə  qusdu.

Bağdadi və Əli Kərimli

Əmisi oğlu bir daha sübut etdi ki, Əli Kərimli siyasi və maddi maraqları üçün Azərbaycanı İŞİD lideri Bağdadi kimi Suriya və İraq kimi qanında boğmağa hazır olan ambisiyaya sahibdir. Mahiyyət etibarilə, hər zaman Azərbaycanın suverenliyinə və onun dövlət təhlükəsizliyinə qarşı olan qüvvələrə qucaq açan AXCP-dən İŞİD-ə dost münasibətin sərgiləndiyini görmək təəccüblü olmamalıdır. Ukrayna, Yunanıstan, Şotlandiya, Gürcüstan və bir çox Qərb dövlətlərinin gələcək talelərindən nigarançılığını dəfələrlə açıq formada nümayiş etdirmiş AXCP, Azərbaycan hakimiyyəti ilə apardığı mübarizədə bir dəfə də olsun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sağlam fikir səsləndirməyib. Hakimiyyətə qarşı səsləndirilən fikirlərdə bir qayda olaraq, sədr Əli Kərimlinin siyasi və maddi maraqları əks olunub. Bu səbəbdən Rauf Arifoğlunun təbirincə desək, cəbhəçilərin özlərinin Yaxın Şərqdəki partiyadaşlarına olan loyal münasibəti başadüşülən olmalıdır.
 


Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00