Qisas yanğısı ilə alovlanan “hüquq müdafiəçisi”

Leyla Yunus bütün fəaliyyəti boyu Azərbaycanın mənafelərini satıb

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun millətə və dövlətə qarşı törətdikləri xəyanətkar əməllərinə görə azadlıqdan məhrum edilmələri onların vəkili qismində çıxış edən beynəlxalq təşkilatların yuxusunu ərşə çəkib. Təəssüf ki, özünü Leyla və Arif Yunusovların təəssübkeşləri kimi göstərməyə çan atan həmin təşkilatlar bu insanların fəaliyyət tarixinə nəzər yetirmədən, onların törətdikləri əməllərin mahiyyətinə varmadan özlərini "oda atırlar". Dərk etmək istəmirlər ki, bu şəxslər imkan düşdükcə Azərbaycan millətindən qisas almağa çalışıb, bundan ötrü bütün mümkün vasitələrdən yararlanıblar. Məlumat üçün qeyd edək ki, Leyla Yunus üstündə yaşadığı Azərbaycan torpağını heç vaxt özünə doğma Vətən hesab etməyib, əksinə bu ölkənin çörəyini yeyib, suyunu işib, şərait yaranan kimi nankorcasına onun sirlərini düşmənə ötürüb. Məhz bu xislətin daşıyıcısı olan L.Yunus Azərbaycanda yaşadığı və çalışdığı müddətdə heç vaxt azərbaycanlılarla münasibətdə olmayıb. O, hələ Elmlər Akademiyasında işlədiyi dövrdə də yalnız digər millətlərin nümayəndələri ilə təmaslarda olub, hətta Azərbaycan dilində danışmağı özünə sığışdırmayıb. İndinin özündə də o, Azərbaycan xalqına, mədəniyyətinə, ümumiyyətlə "Azərbaycan" anlayışına nifrət edir, Azərbaycan dilini isə söyüş söymək üçün vasitə kimi qiymətləndirir. L. Yunus bu hikkələrini təkcə münasibətində deyil, konkret əməllərində də büruzə verib. Məsələn, vaxtilə Rəhim Qazıyevin məşuqəsi kimi "toxunulmazlıq immuniteti" qazanan bu qadın ermənilərin xeyrinə casusluq fəaliyyəti ilə məşğul olub. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürüb. Bunun qarşılığında də küllü miqdarda pul əldə edib. Onun bu kimi çoxsaylı əməlləri konkret faktlar, sübut və dəlillərlə təsdiqini tapıb. Maraqlıdır ki, insanın hansısa qanunsuz, yaxud şərəfsiz əməli faş olduqda həmin insan ya belə əməllərdən əl çəkir, ya da ətrafındakılar yanında gözükölgəli gəzməmək üçün köç edir. Lakin L. Yunus belə əməlləri özünə peşə seçdiyindən həyatı boyu şərəfsiz əməllərini davam etdirib. Hətta şəxsi maraqlarını təmin etməkdən ötrü düşmən Ermənistan və digər xarici kəşfiyyat orqanlarına işləməkdən belə çəkinməyib. L.Yunus ayrı-ayrı vaxtlarda Ermənistan, Rusiya və Qərbin xüsusi xidmət orqanları tərəfindən verbovka olunub və onun xidmətlərindən Azərbaycana qarşı istifadə edilib. Onun bir sıra hərəkətləri vaxtilə Azərbaycanda yaşayan ermənilərin törətdiklərini xatırladır. Məsələn, Müdafiə Nazirliyinin qida təchizatı ilə məşğul olan L.Yunus cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq, bundan əldə etdiyi vəsaitləri Almaniyadakı bank hesablarına köçürüb. Həmin vaxt Prezident Aparatının analitik şöbəsində çalışan həyat yoldaşı Arif Yunus və Nazirlər Kabinetində işləyən qaynı Ramiz Yunus da Azərbaycan haqda məxfi materialları erməni tərəfinə ötürüblər. Yeri gəlmişkən qeyd edək ki, hazırda Leyla Yunusun erməni qaynı Ramiz Yunus hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində aktiv iştirak edir. Ermənistan xüsusi xidmət orqanının alətinə çevrilən L.Yunusun xüsusilə 1994-1995-ci illərdə bu ölkənin milli təhlükəsizlik naziri ilə ilgin münasibətləri olub. Bunun müqabilində L.Yunusa qeyri-hökumət təşkilatları vasitəsilə qrantlar ayrılıb. Bir sıra hallarda həmin vəsaitlər L.Yunusun xarici ölkələrdəki bank hesabına köçürülüb. Xatırladaq ki, L. Yunus erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 avro məbləğində iki dəfə qrant alıb. Bu qrantlar hesabına o, Azərbaycanda ermənilərin çirkin niyyətlərinin həyata keçirilməsi üçün vasitəçi rolunu oynayıb. Özü də bu missiyanı çəkinmədən, aşıq şəkildə Azərbaycan dövlətinə meydan oxuyaraq həyata keçirib. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Bununla kifayətlənməyən bu insan ayrı-ayrı dövlətlərdə yaşayan ermənilər və onların himayədarları ilə əlaqə yaradaraq ölkəmizə qarşı sifarişlər qəbul edib. Leyla Yunusun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibətləri dediklərimizi bir daha təsdiq edir. Bundan başqa o, Fransanın erməni lobbisi tərəfindən idarə olunan "Artelis Servis" və "Hayqrov Konstaltinq Servis" kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. L.Yunus Ermənistanın "Region" araşdırma mərkəzi ilə birgə layihə həyata keçirib, layihə çərçivəsində "İctimai dialoqlar" adlanan saytda Azərbaycana qarşı "qara piar" kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma "DQR" "müstəqil dövlət" kimi qələmə verilib. Azərbaycandan qisas almaq hissi ilə yaşayan L.Yunus daim ermənilərin dünyanın müxtəlif ölkələrində təşkil etdiyi tədbirlərin fəal iştirakçılarından olub. O, Almaniyanın Esslingen am Neckar şəhərində təşkil edilmiş konfransda çıxış edib, rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun Əkrəm Əylislinin müdafiəsinə qalxan ilk təşkilat olduğunu fəxrlə bəyan edib. Bu insan Azərbaycanda istənilən beynəlxalq tədbirin keçirilməsindən əndişələnib, belə tədbirlər zamanı ölkəmizə qarşı çirkin kampaniya aparıb, dövlətimizi nüfuzdan salmağa çalışıb. Hətta xarici ölkələrə səfər edərək Azərbaycan əleyhinə kampaniya aparmaqdan belə çəkinməyib. Konkret olaraq "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Almaniyaya səfər edən L.Yunus Azərbaycana qarşı kampaniya apararaq KİV-lərdən və QHT-lərdən ibarət qrupun formalaşdırılmasında fəal iştirak edib. Həmçinin Azərbaycanın xeyrinə danışan, dövlətimizin uğurlarını beynəlxalq aləmdə təbliğ edən ictimai və siyasi xadimlərə qarşı qarayaxma kampaniyasının təşkilatçısı və bilavasitə icraçısı kimi çıxış edib. Belə ki, o, AŞPA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirib, onlara qarşı ağlasığmaz ittihamlar irəli sürüb. L.Yunus Azərbaycanı müdafiə edən hər bir AŞPA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan edir və bununla da onun erməni maraqlarına xidmət etdiyi açıq görünür. Məncə belə şəxslərin müdafiəçisi qismində çıxış etmək ən azından dünyada ədalətsizliyin müdafiəsinə qalxmağa bərabərdir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00