“Ağ Blok”un namizədlərinin təqdimatı olacaq
17 Avqust 2015 13:45 SiyasətAzərbaycanda əsasən gənc siyasi xadimlərdən ibarət yeni siyasi blok- "AĞ Blok"-un parlament seçkilərindəki namizədlərinin təqdimatı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a sözügedən blokdan daxil olub. Bildirilib ki, heç bir siyasi partiyanın yedəyində olmayacaq bu blokda təmsil olunacaq yeni siyasi simalar Azərbaycanın ictimai-siyasi sferasına yeni nəfəs gətirəcək. Avqustun 23-də keçirilən təqdimat zamanı parlament seçkisi öncəsi yaradılan "AĞ Blok"-un deputatlığa namizədlərinin də çıxışları gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00