“AXCP yerli İŞİD-dir” – Rauf Arifoğlu
17 Avqust 2015 13:38 SiyasətAXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov facebook statusunda İŞİD-ə açıq-aşkar dəstək verən və bu qaniçən terrorçu qruplaşmanı Azərbaycana gəlməyə səsləyən status yazıb: "İŞİD heç də hər adamın başını kəsmir. İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir. İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir. İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir. Və düşünürəm ki, düz də edir. Azərbaycana XOŞ gəlirsən, İŞİD". "Olaylar"ın məlumatına görə, məsələyə münasibət bildirən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP-nin İŞİD-lə eyni zehniyyətə sahib olduğunu deyib. "Siyasi rəqiblərin, iqtidarla "əməkdaşlıq" edənlərin, işverənlərin, Kərimlilərə biət etməyənlərin başları kəsilməli imiş! Zehniyyət budur! Əslində Azərbaycanda İŞİD var! "Yurd" qrupunun nəzarətindəki təşkilat elə yerli İŞİD-dır. Sadəcə, özlərinin baş kəsmələrinə imkanları yoxdur - buna görə də İraqdakı, Suriyadakı partiyadaşlarını "GƏL" deyə, səsləyirlər", - deyə R. Arifoğlu qeyd edib.