Bəzi QHT-lər hansısa qüvvələrin əlidə alətə çevrilib
17 Avqust 2015 13:28 Siyasət"Fakt budur ki, artıq bütün dünyada QHT-lər hansısa qüvvələrin əlidə alətə çevrilib". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə hüquq müdafiəçisi Sahib Məmmədov çıxış edib. Bildirib ki, Avropada bəzi beynəlxalq hökumətlərarası təşkilatlar QHT mafiyaları ilə əlbir olub donorlardan milyonlarla pul alırlar: "Guya bizim kimi ölkələrdə insan hüquqlarının müdafiəsi uğrunda mübarizə aparırlar. Son il yarımda bəzi Avropa QHT-ləri Azərbaycanla bağlı yüz milyonlarla qrantlar alıblar". Sahib Məmmədov deyib ki, ölkədə pis-yaxşı dialoq yarananda özləri və əlaltıları dərhal işə keçir və dialoqu dayandırmaq üçün min hoqqadan çıxırlar: "İndi dönüş məqamıdır. Daha belə olmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00