Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına fəxri adlar verildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin 2 əməkdaşına fəxr adların verilməsi bağlı Sərəncam imzalayıb. Trend xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" jurnalında və qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Elşən Sultanəli oğlu Məmmədova "Əməkdar jurnalist" fəxri adı, Dövlət Sərhəd Xidmətində səhiyyənin inkişafında xidmətlərinə görə Arif Araz oğlu Qasımova "Əməkdar həkim" fəxri adı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00