Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də qoşunların təmas xəttində monitorinq keçirilib. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinq Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığında baş tutub. Monitorinq zamanı hər hansı bir insident qeydə alınmayıb. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov izləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00