Yeni seçki bloku yaranır
13 Avqust 2015 15:39 SiyasətAzərbaycan Demokrat Partiyası yeni seçki bloku yaratmaq istəyir. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın sədr müavini Taliyət Əliyev bildirib ki, seçki blokunun yaradılması istiqamətində ayrı-ayrı partiyalarla danışıqlar davam edir: "Müsbət nəticə olacaqsa yaxın günlərdə yaranacaq yeni seçki bloku ilə bağlı ictimaiyyətə məlumat veriləcək". Taliyət Əliyev bildirib ki, yeni yaranacaq seçki blokunda ADP-nin "Qarabağ" blokundakı müttəfiqi Ümid Partiyası da təmsil olunacaq: "Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyası onsuz da Qarabağ blokunda bir yerdədirlər. Bundan başqa digər bir neçə partiya ilə danışıqlar aparılır". ADP rəsmisi bildirib ki, yaranacaq seçki blokunun parlament seçkilərində aktiv mübarizə aparması qarşıya məqsəd qoyulur.